Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin etdi - FOTO

Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin etdi - FOTO

Hazırda oxunan: Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin etdi - FOTO

153917

Türkiyə xarici ölkələrdə ilk müdafiə sənayesi müşaviri təyinatını Azərbaycana edib.

Bizim.Media xəbər verir ki, bu vəzifə İlker Türközə tapşırılıb.

Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi İdarəsinin 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşündə müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib.

Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb.

Müşavir İlkər Türköz, həmçinin, “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə də görüşüb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO